Keny Arroyodan ilk sözlər!
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/6038444_7.jpg)
Tarix: 19:52 10.02.2025
“Beşiktaş"ın yeni transferi Keny Alexander Arroyo Alvarado, ağ-qara komandanın sosial media hesablarında açıqlamalar verib. Ekvadorlu futbolçu “Beşiktaş”a gəlmə səbəbi haqqında da danışıb.
“Bir çox klubdan təklif var idi, amma mən “Beşiktaş”da oynamaq istədim. Çünki Avropada oynamaq istəyirdim. Kiçik yaşdan bəri Avropada oynamaq xəyalım var idi, “Beşiktaş”dan təklif gələndə bu fürsəti qaçırmaq istəmədim.
“Cheche”nin mənim üçün xüsusi bir mənası var. “Independiente”ə gəldiyimdə mənə “Cheche” ləqəbini verdilər, bu ləqəbi sevdim və belə də qaldı. Top sürmə və zərbə vurma xüsusiyyətlərim var, assistlərim də var, təbii ki. 10 nömrə və sağ cinah mövqelərində oynayıram. Sağ cinahda oynamağı daha çox sevirəm. Sağ cinahdan içəri doğru top sürə bilirəm. İdolum Vinicius Juniordur.
Burada olmaq mənim üçün çox gözəl bir təcrübə olacaq. Təcrübəli bir baş məşqçimiz var. Hamımız onun kim olduğunu bilirik. O, “Manchester United” kimi böyük bir komandanı çalışdırıb. Belə bir məşqçi ilə işləmək ayrıcalıq olacaq. Bu vəziyyətdən maksimum şəkildə faydalanacağam. Fərdi və komanda şəklində qələbələr qazanmağı hədəfləyirəm. Hər turnirdə qalib gəlmək istəyirəm. “Beşiktaş”da idol olmaq istəyirəm.
10 nömrəli formanı geyinəcəyəm. 10-u sevirəm. 10 nömrəli forma geyinmək əlavə bir məsuliyyət yükləyir. Amma qorxmuram, çünki bu gözəl bir məsuliyyətdir. Bu vəziyyətin öhdəsindən gələ biləcəyimə inanıram. Əlimdən gələni edəcəyəm. Azarkeşlərimiz mənə güvənsinlər".
Mənbə:Milliyət
Fatimə Abdulrəhimli