“Aston Villa" Süper Liqadan yeni transferini açıqladı!

Bölmə: İdman › ,
Tarix: 19:54 10.02.2025

 

"Kasımpaşa"nın 18 yaşlı futbolçusu Yasin Özcan, İngiltərə Premier Liqa klubu "Aston Villa"ya transfer oldu.

 

Açıqlamada, Yasin Özcanın "Aston Villa"ya transferi ilə bağlı bu ifadələrə yer verildi:

 

"Akademiyamızdan yetişən oyunçumuz Yasin Özcan, meydanda göstərdiyi mübarizə və bizə yaşatdığı unudulmaz anlarla həmişə iz buraxdı. Bizə bəxş etdiyin hər gözəl an, göstərdiyin fədakarlıq və "Kasımpaşa"mız üçün verdiyin mübarizə üçün sonsuz təşəkkür edirik. Yasin Özcanın, İngiltərə Premier Liqa klublarından "Aston Villa"ya transfer olunduğunu qürurla elan edirik. Gənc oyunçumuz mövsümün sonuna qədər formamızı geyinməyə davam edəcək və mövsümün sonunda yeni komandasına qoşulacaq. Uğurlar arzulayırıq".

 

Yasin Özcan, 16 yaşında peşəkar olduğu 2022-2023 mövsümündən bu yana Trendyol Süper Liqada çıxdığı 77 oyunda 4 qol vurub. Yasin, Alpay Özalandan sonra "Aston Villa"da forma geyinən ikinci türk oyunçu olacaq.

 

Mənbə:Milliyət

Fatimə Abdulrəhimli