Ukrayna və ABŞ arasında kritik görüş-Atəşkəsə ümid varmı?
Tarix: 17:29 11.03.2025
Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına görə rəsmi Kiyev və Vaşinqton arasında əsaslı görüş baş tuta bilər.
Politoloq Kazım Kazımov məsələ ilə bağlı "İnformator.az" a açıqlamasında bildirib ki, Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ və Ukrayna arasındakı münasibətlər daha da pisləşib:
"Ukrayna Prezidenti Volodimir Zelenski isə mediaya verdiyi açıqlamalarda ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istədiyindən danışır. ABŞ bu gün Ukraynaya hərbi, kəşfiyyat və maliyyə dəstəyini dayandırıb. Bu da Ukrayna ordusu üçün ciddi siqnal deməkdir. Yəni, ABŞ-nin köməyi olmasa vəziyyətləri çətin ola bilər. Buna görə də hesab etmək olar ki, Ukrayna ABŞ ilə dostluğa daha çox önəm verəcək".
Fidan Fərhad