Papa bu gün dəfn olunacaq

Tarix: 10:27 26.04.2025
Roma Papası Fransisk bu gün dəfn ediləcək.
"İnformator.az" “Qafqazinfo”a istinadən xəbər verir ki, artıq insanlar dəfn mərasiminin keçiriləcəyi Müqəddəs Pyotr meydanına buraxılmağa başlayıb. Ümumilikdə meydana 1 milyona yaxın insanın toplaşacağı gözlənilir.
Son bir neçə gün ərzində təxminən 250 minə yaxın insanın Papa ilə vidalaşmaq üçün Müqəddəs Pyotr bazilikasını ziyarət etdiyi deyilir.
Fransisklə vidalaşmağa müxtəlif ölkələrdən 130-dan çox nümayəndə heyəti gəlib.
Azərbaycanı dəfn mərasimində Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.
Qeyd edək ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. O, “Santa Maria Maggiore” Roma bazilikasında dəfn olunacaq.