Rusiya Kursk vilayətini tam şəkildə nəzarətə götürdü

Tarix: 15:26 26.04.2025
"Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin nəzarət altına alınması üzrə əməliyyatı başa çatdırıb, Prezident Vladimir Putin Baş Qərargah rəisi Valeri Gerasimovdan müvafiq hesabat alıb".
“İnformator.az” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ali Baş Komandan Vladimir Putinə Kursk vilayəti üzərində nəzarətin bərpa edilməsi üzrə əməliyyatın başa çatması barədə məlumat verib", - deyə Peskov qeyd edib.
Gerasimovun məruzəsində bildirdiyi kimi, Ukrayna Silahlı Qüvvələri məğlub olub və aprelin 26-da Kursk vilayətində sonuncu yaşayış məntəqəsi olan Qornal Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçib.