Tramp: “Rusiya və Ukrayna razılığa çox yaxındır” 

Bölmə: Dünya › ,
Tarix: 16:32 26.04.2025

 

ABŞ prezidenti Donald Tramp onun xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündən bir neçə saat sonra Rusiya və Ukraynanın “razılığa çox yaxın olduğunu” deyib.

 

Tramp danışıqların “yaxşı gün” keçdiyini deyib, Kreml isə Ukraynanın iştirak etmədiyi danışıqları “konstruktiv” adlandırıb. Tramp daha əvvəl sosial mediada "vacib məqamların çoxunun razılaşdırıldığını" bildirərək, Rusiya və Ukraynanı "çox yüksək səviyyədə" görüşməyə və "müqaviləni tamamlamağa" çağırıb. Bu arada Ukrayna prezidenti Volodimir Zelenski cümə günü axşam videomüraciətində qeyd-şərtsiz atəşkəsi qəbul etmək üçün “Rusiyaya real təzyiq göstərmək lazımdır” deyib. Tramp Kiyevə hücumdan sonra müharibəni bitirmək üçün hər iki tərəfə “çox təzyiq göstərdiyini” bildirib və sosial şəbəkədəki paylaşımında birbaşa Putinə müraciət edərək “Vladimir STOP!”,- deyib. 

 

BBC News 

Asiman Vəliyeva