Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq

Bölmə: İdman › ,
Tarix: 15:21 26.04.2025

Bu gün Çinin Siamen şəhərində Dünya Badminton Federasiyasının (the Badminton World Federation – BWF) 86-cı illik ümumi yığıncağı keçirilib.

 

“İnformator.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, 143 ölkədən nümayəndə heyətinin qatıldığı iclasda Azərbaycan Badminton Federasiyasının nümayəndə heyəti də dəvət olunub.

 

Tədbirdə 2025-2029-cu illər üçün BWF prezidenti və ali idarəedici orqanı sayılan Şuraya və eyni zamanda İcraiyyə Komitəsinə seçkilər keçirilib. Azərbaycan Badminton Federasiyasının Prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilib.