Prezident: "Azərbaycanla İran beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyirlər"

Bölmə: Siyasət › ,
Tarix: 15:43 28.04.2025

"Biz (Azərbaycan və İran) ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi".

 

“İnformator.az” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında səsləndirib.


Dövlətimizin başçısı deyib ki, istər BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı, digər təşkilatlar çərçivəsində bizim nümayəndələrimiz daim bir-birinin yanındadırlar.