“Manifestin əsas mahiyyəti, şüuraltını pozitiv korlamaqdır”-Psixoloq

Tarix: 19:12 28.04.2025
Manifest, müəyyən bir ideologiyanın və ya hərəkatın əsas ideya və məqsədlərini ifadə edən rəsmi sənəddir. Manifestlər cəmiyyətə yönəlmiş çağırışlar, problemlərə baxış və onların həll yolları ilə seçilir. Tarix boyu bir çox ictimai-siyasi və mədəni hərəkatlar manifest vasitəsilə öz səslərini duyurub.
Mövzu ilə bağlı psixoloq Aydan Məmmədova “İnformator az”a açıqlamasında bildirib ki, manifestlə bağlı öz şəxsi fikirimi, psixoloji araşdırmalarıma və məntiqimə əsasən bildirim ki, o qədər də təsdiqləmirəm:
“Çünki psixoloq olaraq bir insan özünə qarşı olan inancı ilə nələr edə biləcəyinə əminəm. Manifesti tamamilə inkar etmirəm, zamanı gələndə özümdə çox hallarda həm özümə, həm də seans üçün müraciət edən şəxslərə uyğun manifestləri edirik. Yuxarıda qeyd etdiyim kimi, bir insanın özünə inanması ilə də bu mümkündür. Lakin bu halı şüuraltı qəbul etməkdə çətinlik çəkir, nəinki ətrafdan gələn müəyyən bir təlqinlərlə dəyişə. Manifest etmək düşüncəni məqsədyönlü şəkildə formalaşdırmaq, hiss etmək və hərəkətə keçmək prosesidir. Sadəcə arzulamaqla yox, inanaraq və hərəkət edərək həyatımıza istədiklərimizi çəkməyə çalışmaqdır. Manifest etmək anlayışı qədim zamanlardan, xüsusilə qədim Hind fəlsəfəsi, Buddizm, mistik şərq təlimləri və yoga ənənələrindən qaynaqlanır. Bu fikirlərdə insanın daxili enerjisinin və düşüncəsinin həyatı formalaşdırdığına inanılırdı. Müasir dövrdə isə "Çəkmə Qanunu" konsepti ilə daha məşhur olub.
Pozitiv təsdiqlərdən istifadə etməliyik. Məsələn, özümə inanıram, istədiyim hər bir şeyi xeyirli və mənə məxsus şəkildə rahatlıqla qəbul edirəm və özümə çəkirəm. Şükr və təşəkkür etməliyik. Əldə etdiyimiz və ya etmədiyimiz hər bir məsələdə, hadisədə təşəkkür etməyi bacarmalıyıq. Çünki o an yaşamalı olduğumuz o idi və mütləq ki, bizim üçün daha yaxşısı odur. Kiçik real addımlar atmalıyıq. Səbirli olmalıyıq: istədiyim hər şey o an ola bilməz gerçəkləşməsi zaman alır. Manifest etmək sadəcə düşünməkdən ibarət deyil, əməl də tələb edir. Düşünmək və inam başlanğıcdır. Amma istədiyin məqsədə çatmaq üçün mütləq real addımlar atmalısan. Sadəcə arzu edib heç nə etməsən, nəticə gözləmək illüziyadır".
Ətirə İbayeva