Psixologiya və Manipulyasiyası

Bölmə: Sosial › ,
Tarix: 22:53 28.04.2025

 

Manipulyasiya incə və görünməyən bir silahdır. Həm fərdi münasibətlərdə, həm də kütlə idarəçiliyində bu psixoloji texnika güclü nəticələr doğura bilir. Qurban fərqinə varmadan öz iradəsini itirə bilər və bunun arxasında duran mexanizmlər psixologiyanın ən qaranlıq sahələrindəndir.

 

Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova "İnformator.az"a açıqlamasında bildirib ki, manipulyasiyanın müxtəlif növləri vardır.Manipulyasiya edilən insan bəzən yanlış manipulyasiyanın qurbanı ola bilir,bəzən isə onun müsbət tərəfləri də olur:

 

"Manipulyasiya olunduğunu hiss etməyən insan,sözün açığı,çox vaxt hiss edir,amma sadəcə bunun onun xeyirinə olduğunu düşünür ,fərqində olmur.Amma zaman keçdikcə başa düşür ki,bu artıq ona mənfi təsir göstərir.Dediyim kimi,biz bəzən bir insana nəyisə etdirmək istəyəndə,onun üçün yaxşı olacaq bir şeyi etdirmək istəyəndə də manipulyasiyadan istifadə edirik.Yaxşı mənada onu tərifləyə bilirik,onun uğurunu ona göstərə bilirik.Bəzən də, əksini edə bilirik və beləliklə də,insan bu qədər təsirə məruz qalır və öz istədiyindən əl çəkir.

 

Manipulyasiyanın 2 növü vardır.Bir növündə çox avtoritarlıq,bir sözlə,əmr var."Sən bunu etməsən,mən bunu etməyəcəm","Sən bunu verməsən,məndə bunu verməyəcəm"-deyə psixoloji təsirlər vardır.Digərində isə yazığı gəlmək hissi vardır.Hansı ki,özünü yazıq göstərir."Sən bunu mənə verməsən,mən özümü çox pis hiss edərəm.Mənim yoxumdur , mən onu çox istəyirdim" və s.Məsələn,sənin əşyanı, pulunu və yaxud da səndə olan bir şeyi istəyərkən bu şəkildə yazığı gəlmək hissinə girə bilir.Zərərli münasibətlərdə manipulyasiya çox olur.Daha çox " narsist " dediyimiz tərəf bunu edir.Digər tərəf də qurban roluna keçir".

 

Ekspert liderlərin kütləni idarəetməsi üçün istifadə etdikləri psixoloji üsullardan da söz açıb:

 

"Liderlər kütləni idarə etmək üçün bəzən onlarda manipulyasiyadan istifadə edirlər. Amma lider daha çox özü hərəkət edir,öz hərəkətlərinə uyğun olaraq qarşı tərəfin hərəkətlərini tənzimləyir.Lider ilə avtoritar insanın fərqi bundan ibarətdir ki,avtoritar insan daha çox manipulyasiya edir,lakin lider olan insan bizim necə hərəkət etməyimizi göstərir.Biz də bunu hiss edirik və ona uyğun hərəkət edirik.Ümumiyyətlə,lider insan çox düzgün manipulyasiya üsullarından istifadə edir.Kütləni düzgün yerə aparır və özü də bu addımlarda birbaşa iştirak edir.

 

Psixoloji dayanıqlıq insanın özünə güvənməsidir , psixoloji olaraq güclü olmasıdır və manipulyasiyanı o zaman biz daha çox hiss edirik.Ona görə də biz özümüz də qarşı tərəfi ya manipulyasiya edirik,ya da manipulyasiya qurbanı olmuruq.Bəzən manipulyasiya qurbanı olan insanlar sonda özlərini psixoloji olaraq güclü hiss etmirlər, özlərini günahlandırırlar,özlərinə qarşı qəribə mənfi reaksiyaları olur.Buna görə də ,biz daim psixoloji dayanıqlığımızı,psixoloji motivasiyamızı gücləndirək, özgüvənimizi artıraq ki, manipulyasiyanın qurbanı olmayaq".

 

Nəzrin Məmmədova