Pakistanda 3 təhlükəsizlik əməkdaşı həlak olub

Bölmə: Dünya › ,
Tarix: 21:38 01.05.2025

 

Pakistanın Hayber Paxtunxva əyalətinin Bannu bölgəsində baş verən toqquşmada 3 təhlükəsizlik əməkdaşının həyatını itirdiyi bildirilib.

 

Bölgənin yerli polis rəsmisi Arşad Xan Bannu şəhərində militantlarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmaya dair açıqlama verib.

 

Xan, baş vermiş toqquşma nəticəsində 3 təhlükəsizlik əməkdaşının həlak olduğunu, 1 militantın isə zərərsizləşdirildiyini bildirib.

 

TRT XƏBƏR

Günel Verdiyeva