Rusiya Hindistana "İqla-S" zenit-raket kompleksləri tədarük edib

Bölmə: Dünya › ,
Tarix: 00:05 06.05.2025

Rusiya Hindistana təxminən 30 milyon dollar dəyərində "İqla-S" tipli daşınan zenit-raket kompleksləri (DZRK) tədarük edib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.

 


Komplekslərin əsasən döyüş təyyarələri, zərbə helikopterləri və pilotsuz uçuş aparatlarına qarşı müdafiə məqsədilə istifadə olunacağı bildirilir.

Məlumata görə, bu tədarük Hindistanla Pakistan arasında münasibətlərin kəskin gərginləşdiyi dövrə təsadüf edir.