Türkiyə Netanyahunun təyyarəsi ilə bağlı iddiaları təkzib edib

Bölmə: Siyasət › ,
Tarix: 21:23 03.05.2025

 

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İsrailin Baş naziri Binyamin Netanyahunun təyyarəsinə öz hava məkanlarından uçmağa icazə verildiyi iddiaları ilə bağlı açıqlama verib.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Keçeli öz çıxışında həmin iddiaları təkzib edib.

 

“İsrail Baş nazirinin təyyarəsinə uçmağa icazə verildiyi barədə iddialar tamamilə səhvdir. Bu istiqamətdə bizə heç bir müraciət daxil olmayıb” , - o bildirib.