Tarixi körpü təhlükə ilə üzləşib

Bölmə: Sosial › ,
Tarix: 15:35 05.05.2025

 

Tovuz rayonunun Vahidli kəndində yerləşən tarixi Sultan körpüsü su altında qalma təhlükəsi ilə qarşılaşıb.

Bu təhlükəli vəziyyət artıq bir neçə aydır ki, davam edir.

Yağan intensiv yağışlar da abidənin çox hissəsini suyun altında qoyub.

 

Mövzu ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli “İnformator.az”a açıqlamasında bildirib:

 

“Tovuz rayonunun Vahidli kəndi ərazisində yerləşən 5200 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan Sultan körpüsünün yaxınlığında 2007-2009-cu illərdə ətraf ərazilərin suvarılması məqsədilə bənd tikilib. Müxtəlif vaxtlarda abidənin mühafizəsi üçün inşa olunan köməkçi bəndin daxilində yerləşən suyu ixrac edən nasos qurğusunun sıradan çıxması nəticəsində körpü su altında qalır və dağılma təhlükəsi ilə üzləşir.

Körpünün dağılmasının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edilib”.

 

Asiman Vəliyeva



Bölmədən digər xəbərlər
"Piylənməyə qarşı velohərəkat" layihəsi çərçivəsində sosial çarx çəkiləcək
2025-ci il mayın 1-dən Bakıda “Piylənməyə qarşı velohərəkat” adlı sosial layihəyə start verilib. Layihə çərçivəsində sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici sosial çarxın çəkilməsi nəzərdə tutulur.