"Piylənməyə qarşı velohərəkat" layihəsi çərçivəsində sosial çarx çəkiləcək

Bölmə: Sosial › ,
Tarix: 15:35 05.05.2025

2025-ci il mayın 1-dən Bakıda “Piylənməyə qarşı velohərəkat” adlı sosial layihəyə start verilib. Layihə çərçivəsində sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici sosial çarxın çəkilməsi nəzərdə tutulur.

Sosial çarx vasitəsilə ictimaiyyətə fiziki aktivliyin əhəmiyyəti çatdırılacaq, velosiped sürmənin həm sağlamlıq, həm də ekoloji baxımdan üstünlükləri vurğulanacaq. Çarxda piylənmənin yaratdığı təhlükələr, onların qarşısının alınması yolları və velosiped sürmənin sadə, əlçatan və əyləncəli bir alternativ olduğu diqqətə çatdırılacaq.

Layihənin əsas məqsədi — piylənmə ilə mübarizə aparmaq, fiziki rifahı artırmaq və insanların gündəlik həyatına sağlam vərdişlər qazandırmaqdır. Bu təşəbbüs, eyni zamanda, ətraf mühitin qorunmasına da töhfə verməyi hədəfləyir.

“Piylənməyə qarşı velohərəkat” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə iyunun 30-dək davam edəcək.

Bölmədən digər xəbərlər