Prezident Ərdoğan Trampı Türkiyəyə dəvət edib

Bölmə: Siyasət › ,
Tarix: 21:05 05.05.2025

Prezident Rəcəb Tayyib Ərdoğan mayın 5-də ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Prezident Ərdoğan görüş zamanı Trampı Türkiyəyə dəvət edib.

 

“Prezident məni Türkiyəyə dəvət edib və o da Vaşinqtona gələcək” - Tramp görüşdən sonra açıqlamasında deyib. Alınan məlumata görə, prezident Ərdoğan görüş zamanı Türkiyənin ABŞ ilə xüsusilə də müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib. O, Ərdoğanın Trampın müharibələrə son qoymaq yanaşmasını dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiklərini bildirib. Prezident Ərdoğan görüş zamanı Qəzzadakı humanitar böhranın "ağır ölçülərə çatdığını" və Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün hər cür dəstəyi verməyə hazır olduğunu bildirib. Prezident Ərdoğanın “Türkiyə Suriyanın ərazi bütövlüyünü qorumaq və sabitliyi təmin etmək üçün səy göstərir” dediyi də bildirilib.

 

Prezident həmçinin ABŞ-ın Suriyaya qarşı sanksiyaları yumşaltmaq səylərinin vacibliyini vurğulayıb.

 

BBC NEWS
Səmayə Səftərova