Botulizm xəstəliyi

Tarix: 21:13 05.05.2025
Botulizm, clostridium botulinum bakteriyasının istehsal etdiyi botulinum toksini ilə baş verən, nadir, lakin çox təhlükəli bir zəhərlənmə xəstəliyidir. Bu toksin dünyada məlum olan ən güclü zəhərlərdən biridir. Botulizm sinir sistemini zədələyir, əzələ iflicinə və ağır hallarda tənəffüs çatışmazlığına səbəb ola bilər. Xəstəlik əsasən düzgün emal olunmamış konservləşdirilmiş qidalar, hisə verilmiş balıq, və ya torpaqla təmas nəticəsində yaranır.
Mövzu ilə bağlı baş toksikoloq, professor Azər Maqsudov "İnformator.az"a açıqlamasında bildirib ki,botulizm xəstəliyi oksigen olmayan şəraitdə əmələ gəlir.Əsas da , ev şəraitində konservləşdirilmiş,sanetar rejimi düzgün qurulmayan,tam qaynadılmayan, tam təmizlənməyən, üstündə torpaq izləri qalan tərəvəzlərdə infeksiyaya səbəb olur və oksigensiz mühitdə bu bakteriya inkişaf edir.Nəticədə bu xəstəlik əmələ gəlir və onu qida kimi istifadə etdikdə də zəhərlənmələr yaranır.
"İlk simptomlar bütün qida zəhərlənmələrinə xas olan xüsusiyyətlərdir. Əsas mədə nahiyəsində diskomfort, förb ürəkbulanma,qusma,başgicəllənmə,tənəffüs çətinliyi və bəzi hallarda da qan təzyiqinin düşməsi nəticəsində xəstə huşun itirə bilər.Botulinum toksin əsas isti suda çox qaynasa( təxminən 1 saat)məhv ola bilir.Yəni,çox isti bu bakteriyanı məhv edə bilər".
Ekspert bu toksinin təhlükələrindən də söz açıb:
"Bu toksin insanlar üçün çox təhlükəlidir.Dediyim kimi,kütləvi zəhərlənmələrə səbəb ola bilir.Ancaq kosmetologiyada onun dozasına görə istifadə etmək mümkündür.Yəni,bu zaman onun dozası az olur.Buna baxmayaraq,biz tez-tez onun fəsatlarına rast gəlirik.Dozasının az olsa da,6 aya kimi insanda nevroloji simptomlar büruzə verir və onlara da müalicə tətbiq olunmasına baxmayaraq,bir müddət onun təsiri qalır. Bu da onu göstərir ki,botulinum toksin insanın sinir sisteminə təsir edir və bu uzunmüddətli olur".
Nəzrin Məmmədova