Putin: Ümid edirəm nüvə silahına ehtiyac olmayacaq

Tarix: 21:16 05.05.2025
Rusiya prezidenti Vladimir Putin Ukraynada indiyədək nüvə silahından istifadəyə ehtiyac olmadığını və gələcəkdə belə bir ehtiyacın yaranmayacağına ümid etdiyini deyib.
Bu gün Rusiya dövlət televiziyasında yayımlanan şərhində Putin müharibəni "məntiqi sonluğa" çatdırmaq üçün güc və vasitəyə malik olduqlarını bildirib.
"Bu (nüvə) silahlardan istifadə etməyə ehtiyac yox idi. Və ümid edirəm ki, onlar lazım olmayacaq. 2022-ci ildə başlananları Rusiyanın tələb etdiyi məntiqi nəticəyə çatdırmaq üçün bizim kifayət qədər gücümüz və imkanlarımız var", - Putin dövlət televiziyası müxbirinin sualına cavabında deyib.
Putin 2022-ci ilin fevralında "xüsusi hərbi əməliyyat" adlandırdığı Ukraynaya hərtərəfli işğala başlayıb. Rusiya ordusu uzun müddətdir Ukrayna ərazisinin 20 faizinə nəzarət edib.
İşğal başlayandan bəri Ukraynada nüvə silahından istifadə qorxusu var. Putin əvvəllər dəfələrlə Ukraynada nüvə silahından istifadə edə biləcəkləri ilə hədələsə də, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Uilyam Börns bunun 2022-ci ilin sonunda "əsl risk" olduğu barədə xəbərdarlıq edib. Son həftələrdə ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə müharibəyə son qoymaq üçün Moskva ilə Vaşinqton arasında diplomatik təmaslar həyata keçirilib. İctimai rəyə gəlincə, Kiyev bu prosesdən kənarda qalıb.
Mənbə: CNN Türk
Səyyarə Mirzəyeva