KİV: “Vesta” asteroidi qədim planetin bir hissəsi ola bilər

Bölmə: Maraqlı › ,
Tarix: 21:35 05.05.2025

Amerikanın Kaliforniya ştatının Texnologiya İnstitutunun astronomları, digər elmi mərkəzlərdən olan həmkarları ilə birlikdə Günəş sistemindəki ən böyük asteroid olan “Vesta”nın mənşəyi barədə ideyanı alt-üst edən kəşf ediblər.

 

Mövzu ilə bağlı astroloq Aytən Salami “İnformator.az”a açıqlamasında bildirib ki, aprel ayının sonuna qədər "Vesta" adlanan bir asteroid mövcud olub:

 

“Bu asteroidə aprel ayının sonuna qədər həm astrologiyada, həm də astronomiyada asteroid olaraq baxılırdı. Lakin aprelin 28-dən sonra NASA-nın verdiyi məlumata görə, Vesta asteroidi planetlərlə eyni quruluşda, ölçüdə, hətta nüvəsi və mantiyası olan bir quruluşa sahibdir. Artıq onu asteroid olaraq deyil, planet olaraq adlandırmaq da mümkündür.

 

Alimlərin irəli sürdükləri bu fikir araşdırma prosesindədir. İrəli sürülən bu kəşfin gələcəkdə Günəş sistemi və asteroidlər arasında böyük bir dəyişimə səbəb olacağı gözlənilir. Çünki, Vestanın asteroidlər arasından çıxarılması və planetlər sırasına daxil olması baş verəcək.

Sadəcə, Vestada hazırda Yer kürəsində olan müəyyən relyef formaları müşahidə olunub".

 

 

Çimnaz Telmanqızı