Netanyahu əsl məqsədini açıqladı

Bölmə: Dünya › ,
Tarix: 22:13 22.05.2025

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada qətliamlara son qoymaq üçün şərtlərini açıqlayıb:

“Girovlar azad ediləcək, Həmas tərksilah ediləcək və fələstinlilər Qəzza sektorunu tərk edəcəklər”.

 

Netanyahu humanitar yardımın Qəzzaya daxil olmasına icazə verilməsinin səbəbini də açıqlayıb:
“Mən icazə verdim ki, hücumlarımız davam etsin”.


Bütün beynəlxalq çağırışlara və xəbərdarlıqlara baxmayaraq, Netanyahu kameralar qarşısında dayanaraq Qəzzanın tam nəzarət altında olacağını bildirib:

"Qüvvələrimiz onu terrorçulardan və Həmasın terror infrastrukturundan təmizləmək üçün getdikcə daha çox ərazini geri alır. Bu prosesin sonunda Qəzzanın bütün əraziləri İsrailin təhlükəsizlik nəzarəti altında olacaq və Həmas tamamilə məğlub olacaq. Mən müharibəni bitirməyə hazıram, amma bütün girovlar evlərinə qayıdır, Həmas liderləri silahlarını tərk edir Onlardan qalıb və Qəzza tamamilə tərksilah edilib, Prezident Trampın planını həyata keçirək, bu, yaxşı plandır və fərq edir, çox sadə bir şey deməkdir, Qəzzanı tərk etmək istəyən sakinlər gedə bilər”, - deyə Netanyahu bildirib.

 

Mənbə: CNN Türk
Əminə Əliyeva