Kiyev Bakının dəstəyinə görə minnətdardır-Sibiqa

Tarix: 21:46 26.05.2025
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə rəsmi Kiyev Bakıya minnətdardır.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, Sovet ölkələrin götürsək, Ukraynaya Rusiya müharibəsində ən ciddi və ən real dəstəyi Azərbaycan verib:
"Yəni humanitar yardım edib. Demək olar çox şirkətimiz Ukraynaya dəstək olub. Ukraynalı uşaqlar gəlib burada müalicə olunub. Burada onlara, yəni müharibədən əziyyət çəkən uşaqlara baxılıb. Lakin təəssüf olsun ki, Azərbaycanın Ukraynaya dəstəyi Ukrayna cəmiyyətində o qədər də qiymətləndirilmir. Ukrayna mediasında, Ukrayna siyasi camiyəsində, baxmayaraq ki, Ukraynanın dəstəyini biz hər zaman öz mediamızda səsləndiririk. Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü tanıyıb və tanıyır. Ukrayna Azərbaycan-Ermənistan münaqişəsində hər zaman orta səviyyədə olublar, yəni məsafəli yerdə dayanıblar. Biz də öz maraqlarımızı nəzərə alaraq, bu müharibə də özümüzü düşünərək hərəkət etməliyik".
Ayşən Səlimova