Leroy Mikels "Şamaxı" ilə vidalaşıb

Bölmə: İdman › ,
Tarix: 12:08 27.05.2025

 

Leroy Mikels "Şamaxı"dan ayrılıb.

 

"İnformator.az" "Oxu.Az"a istinadən xəbər verir ki, yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, "şirlər"lə vidalaşıb:

 


"Yaxşı mövsümü arxada buraxdıq. Biz gözlənilməzi etdik. Komanda yoldaşlarıma, məşqçilərə, azarkeşlərə təşəkkür edirəm. Bu komandanın kapitanı olmaq şərəf idi. Tezliklə görüşənədək".
Mikels "Şamaxı" ilə müddəti başa çatan müqaviləsini uzatmayıb.