Ukraynalılarla bağlı Avropada qəti qərar veriləcək

Tarix: 08:36 29.05.2025
Ukraynalı qaçqınlar 2027-ci ilin martına qədər Avropada qala biləcəklər. Avropa Birliyinin rəhbər orqanları müvafiq qərarı iyunun ortalarında təsdiq etməyi planlaşdırır.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın AB-dəki səfiri Vsevolod Çentsov məlumat verib.
Onun sözlərinə görə, Brüssel ukraynalılar üçün xüsusi olaraq tətbiq edilən mövcud müvəqqəti müdafiə mexanizminin qüvvəsini uzatmaq niyyətindədir.
"Biz gözləyirik ki, AB Şurası ukraynalılar üçün müvəqqəti müdafiə müddətini uzadacaq və biz bunun 2027-ci ilin martına qədər olacağını güman edirik", - Çentsov bildirib.