Minifutbol üzrə dünya çempionatı: Millimiz dörddəbirdə İngiltərə seçməsinə qarşı

Bölmə: Dünya › ,
Tarix: 08:51 29.05.2025

 

Bu gün minifutbol üzrə dünya çempionatında dörddəbir final mərhələsinin görüşlərinə start veriləcək.

 

"İnformator.az" "Oxu.az"a istinadən xəbər verir ki, Rumıniya ilə 1:1 hesablı heç-heçədən sonra penaltilər seriyasında qələbə qazanan seçmə komandamız bu mərhələdə İngiltərə millisi ilə üz-üzə gələcək.

 

1/4 final mərhələsində aşağıdakı cütlüklər yarışacaqlar:

Macarıstan - Mavritaniya;

Monteneqro - Çexiya;

İngiltərə - Azərbaycan;

Bosniya və Herseqovina - Serbiya.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq