Planetin buz örtüyünün fəlakətli itkisi gözlənilir

Bölmə: Dünya › ,
Tarix: 08:32 01.06.2025

İsveçrə, ABŞ, Belçika və digər ölkələrdən olan alimlər qrupu belə qənaətə gəliblər ki, indiki istiləşmə sürəti davam edərsə, 2100-cü ilə qədər Yer kürəsinin buzlaq kütləsinin dörddə üçü yox olacaq.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, tədqiqat “Science” elmi jurnalında dərc olunub .Məlumata görə, belə hal baş verərsə dəniz səviyyəsi 23 sm qalxacaq.

 

Tədqiqatda 10 ölkədən 21 alim iştirak edib və 200 min buzlağı təhlil etmək üçün səkkiz fərqli iqlim modelindən istifadə edilib.


Alimlər qeyd edirlər ki, qlobal istiləşmə dayansa belə, buzlaqlar iqlimin “ətaləti” səbəbindən yüz illər boyu əriməyə davam edəcək.