Sarri "Latsio"ya ikinci dəfə qayıdır

Bölmə: Dünya › ,
Tarix: 22:33 02.06.2025

 

Mauritsio Sarri yenidən "Latsio"ya baş məşqçi kimi qoşulub.66 yaşlı mütəxəssis ötən mövsüm A Seriyasını 7-ci pillədə başa vuraraq Avropa vəsiqələrini əldən verən Marko Baroni əvəz edib.

 

Sarri altı oyunda beşinci məğlubiyyətdən sonra 2024-cü ilin martında istefa verib və eyni zamanda klubun transfer siyasətini ciddi tənqid edib.Keçmiş Chelsea baş məşqçisi üç il əvvəl "Latsio"ya rəhbərlik edib və prezident Claudio Lotito verdiyi açıqlamada: "Mauritsio Sarri vətənə qayıdıb.

 

"Onun qayıdışı ürək, inam və baxış seçimidir. Onunla birlikdə coşğu, şəxsiyyət və ambisiyaları geri qaytara biləcəyimizi dərk edərək çox tez kəsilən yola davam etmək istəyirik.
– Evinizə xoş gəlmisiniz, komandir".

 

Neapol əsilli Sarri məşqçilik karyerasına bankir kimi fəaliyyəti ilə yanaşı aşağı səviyyəli İtaliya klublarında başlayıb.

 

 

BBC

Nəzrin Məmmədova