Madeleine McCann davasında Portuqaliyada yeni axtarış

Tarix: 22:31 02.06.2025
Alman polisi Madeleine McCann-ın itməsi ilə bağlı davam edən araşdırmalar çərçivəsində bu həftə Portuqaliyada yeni axtarışa başlayacaq.Axtarışın təxminən iyirmi il əvvəl itkin düşdüyü Alqarvedəki Praia da Luz şəhərində aparılacağı bildirilir.
Madeleine 3 may 2007-ci ildə ailəsi ilə tətildə olarkən yaşayış kompleksindən itəndə üç yaşında idi.Onun yoxa çıxması bütün Avropada polis təhqiqatına səbəb olub və bu, dünyada ən yüksək səs-küylü açılmayan itkin düşən şəxs işlərindən birinə çevrilib.Metropoliten polisi yeni axtarışda iştirak etmədiyini, lakin Almaniya hakimiyyətinin həyata keçirilən əməliyyatdan xəbərdar olduğunu bildirib.
BBC
Nəzrin Məmmədova