"Bayden ölüb, yerinə robot surəti gəlib"

Tarix: 22:34 02.06.2025
ABŞ Prezidenti Donald Tramp, özündən sonra prezident olan Co Bayden haqqında bir konspirasiya (sui-qəsd) nəzəriyyəsini “Truth Social” adlı sosial media platformasında paylaşıb. Trampın paylaşdığı bu iddiaya görə, Bayden 2020-ci ildə öldürülmüş və onun yerinə robotik bir surət gətirilmiş ola bilər.
78 yaşlı Tramp şənbə gecəsi gec saatlarda etdiyi paylaşımda, Baydenin 2020-ci ildə öldürüldüyünü iddia edən bir tərəfdarının mesajını yayıb. Paylaşımda belə ifadələr yer alıb:
“Artıq Joe Bayden adlı biri yoxdur — 2020-ci ildə öldürülüb".
İddiada Baydenin yerinin “klonlar, dublörlər və ruhsuz robotik varlıqlarla” doldurulduğu, Demokratların isə bu dəyişikliyi fərq edə bilmədiyi qeyd olunub.
Trampın bu paylaşımı bəzi tərəfdarları tərəfindən sürətlə qəbul edilib. Sosial mediada Baydenin keçmiş və indiki görüntüləri müqayisə edilərək “eyni şəxs olmadıqları” iddia edilib.
Bəzi istifadəçilər Baydenin qulaq formasındakı dəyişiklikləri buna sübut kimi göstəriblər. Hətta bir istifadəçi Baydenin vəzifəyə başladığı gün Arlington Milli Qəbiristanlığında top atışı ilə yas mərasimi təşkil edildiyini iddia edib.
Trampın həyat yoldaşı Melaniya Tramp da əvvəllər oxşar iddiaların hədəfi olmuş, bəzi nəzəriyyəçilər onun da dublörlə əvəz olunduğunu irəli sürüb.. Ağ Ev isə bu iddiaları “əhəmiyyətsiz” kimi qiymətləndirib.
Trampın komplo nəzəriyyələrinə meyli həftə sonu boyunca davam edib. Keçmiş prezident 2015-ci ildə Stephen Colbert-in təqdim etdiyi The Late Show proqramındakı müsahibəsinin CBS tərəfindən “silmək” istənildiyini iddia edən bir videonu da paylaşıb.
Lakin sadə bir axtarış göstərib ki, bu müsahibə hələ də CBS-nin YouTube kanalında 17 milyondan çox izlənmə sayı ilə mövcuddur.
Trampın paylaşımları, seçki öncəsi dövrdə onun çıxışlarını getdikcə daha çox komplo nəzəriyyələri üzərində qurduğunu göstərir. Ağ Ev keçmiş prezidentin bu iddiaları ilə bağlı hələ ki, rəsmi açıqlama verməyib.
TRT XƏBƏR
Lalə Qurbanlı