Türkiyədə zəlzələ baş verib

Bölmə: Dünya › ,
Tarix: 14:59 01.06.2025

Türkiyənin Bingöl vilayətinin Kiğı rayonunda 4.4 bal gücündə zəlzələ baş verib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.


Məlumata görə, yerli vaxtla 12:26-da (Bakı vaxtı ilə 13:26) qeydə alınan yeraltı təkanlar yerin 7.02 km dərinliyində baş verib.

 

Dağıntı və tələfatla bağlı məlumat verilməyib.