Rusiya aerodromları vurulur: 40 təyyarə məhv edilib

Tarix: 15:33 01.06.2025
Ukrayna ordusu hazırda Rusiyanın strateji bombardmançılarının yerləşdiyi aerodromlara PUA-larla hücumlar edir.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasili Malyuk məlumat verib.
Onun sözlərinə görə, İrkutsk vilayətindəki “Tu-22M3” strateji bombardmançılarının yerləşdiyi “Belaya” aerodromu, Murmansk vilayətində “Tu-22M3” strateji bombardmançılarının yerləşdiyi “Olenya” aerodromları hücuma məruz qalıb.
“Belaya aerodromu indi necə gözəl görünür, strateji düşmən aviasiyası”, - Malyuk yaydığı videoda bildirib.
Ukrayna mətbuatının yazdığına görə, Rusiyanın 5 aerodromuna endirilən zərbələr nəticəsində 40 strateji təyyarə məhv edilib.