İŞİD rəhbərlərindən biri Pakistan-Əfqanıstan sərhədində saxlanılıb

Bölmə: Dünya › ,
Tarix: 15:55 01.06.2025

Türkiyə və Pakistan kəşfiyyat xidmətlərinin keçirdiyi əməliyyat nəticəsində Pakistan-Əfqanıstan sərhədində İŞİD liderlərindən biri saxlanılıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

 

“Türkiyə və Pakistan kəşfiyyat xidmətlərinin Pakistan - Əfqanıstan sərhədində keçirdiyi birgə əməliyyat zamanı “narıncı kateqoriya” ilə axtarışda olan İŞİD liderlərindən biri Özgür Altun saxlanılıb”, - məlumatda deyilir.


Qeyd olunur ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) işi nəticəsində qrupun bu ölkəyə qarşı fəaliyyət planları pozulub, İŞİD-ə cəlb olunma deşifrə edilib, təşkilata aid rəqəmsal materiallar, eləcə də fəaliyyət planları ələ keçirilib.