Kremldə təcili iclas: Putin "Oreşnik" atmaq əmri verəcək

Tarix: 15:58 01.06.2025
Ukraynanın Rusiyanın hərbi aerodromlarına kütləvi hücumu səbəbindən Kremldə təcili iclas çağırılıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Kremlə yaxın Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, iclasda Ukraynaya qarşı “Oreşnik” raket kompleksindən istifadə ilə bağlı qərar qəbul olunacaq.
“Vladimir Putinin Ukraynanın dinc sakinlərinə xəbərdarlıq müraciəti edəcəyi istisna deyil”, - məlumatda bildirilib.
Qeyd edək ki, hazırda Ukrayna Rusiyanın ən azı 5 şəhərindəki 5 aerodroma PUA hücumları edir.