Yeni layihə "Şahdəniz"də uzunmüddətli qaz hasilatına töhfə verəcək

Tarix: 16:27 02.06.2025
"Şahdəniz Kompressiya" layihəsi "Şahdəniz" qaz-kondensat yatağında uzunmüddətli qaz hasilatına öz töhfəsini verəcək.
“İnformator.az” xəbər verir ki, bunu "APA Economics"ə açıqlamasında BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Onun sözlərinə görə, "Şahdəniz Kompressiya" layihəsi yataqda hasilatın pik nöqtəsində olması müddətini uzadacaq.
"Belə ki, "Şahdəniz"də hasilat daha uzun müddət pik səviyyədə qalacaq", - Bəxtiyar Aslanbəyli qeyd edib.