Müller xatirə əşyalarını xeyriyyə hərracına çıxarıb

Bölmə: İdman › ,
Tarix: 17:20 10.08.2025

 

"Bavariya"nın əfsanəsi, hazırda "Vankuver" komandasında oynayan Tomas Müller bir sıra xatirə əşyalarını xeyriyyə hərracına çıxarıb.

 

"İnformator.az" bu barədə "championat.com"a istinadla xəbər verir.

 

Bildirilir ki, hərracdan hasil edilən bütün gəlirlər yaxınlarını itirmiş uşaqlara və yeniyetmələrə yardım edən bir fonda ayrılacaq. Hərraca çıxarılan əşyalar arasında Müllerin "Vankuver"dəki ilk forması, tolstovkalar, imzasının olduğu butslar, Tomasın 200 yaşlı palıd ağacından hazırlanmış taxta heykəli və s. var. Xatırladaq ki, 35 yaşlı futbolçu 2025-ci ilin yayında klublararası dünya çempionatından sonra "Bavariya"dan ayrılıb. Ümumilikdə Müller Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 756 oyun keçirib, 250 qol vurub və 276 məhsuldar ötürmə edib.