“Real”ın yetirməsi “Qəbələ”yə gəlib

Bölmə: İdman › ,
Tarix: 17:32 10.08.2025

“Qəbələ” klubu İspaniya təmsilçisi “Real”ın yetirməsini heyətinə qatıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

“Qırmızı-qaralar” Xaime Sierra ilə müqavilə imzalayıb.

 

Qeyd edək ki, “Real”ın yetirməsi son olaraq Xorvatiyada “Varazdin”in formasını geyinib.