Mikayıl Cabbarov Ma Şıquanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Tarix: 12:59 03.06.2025
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Xalq Respublikasının Cianqsu əyalətinin vitse-qubernatoru Ma Şıquanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"İnformator.az" xəbər verir ki, nazir bu barədə "X" hesabında yazıb:
"Azərbaycan və Cianqsu arasında ticarət, investisiya, yaşıl enerji, yüksək texnologiyalar, neft-kimya sənayesi, istehsalın lokallaşdırılması, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə birgə fəaliyyət imkanlarını dəyərləndirdik. Azərbaycan və Çin liderləri vasitəsilə iki ölkə arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın əməkdaşlığın daha da şaxələnməsinə və yeni mərhələyə yüksəlməsinə təkan verəcəyini qeyd etdik".