CHP konqresi istintaqında iddianamə qəbul edilib

Tarix: 19:24 03.06.2025
CHP-nin 38-ci növbədənkənar qurultayı ilə bağlı Ankara Respublika Baş Prokurorluğunun hazırladığı iddianamə qəbul edilib. İddianamədə Ekrem İmamoğlu da daxil olmaqla 12 şübhəli üçün 3 ilə qədər həbs istənilib.
CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirdiyi 38-ci Növbədənkənar Qurultayı ilə bağlı Siyasi Partiyalar Qanununun 112-ci maddəsinə və digər müvafiq qanunvericiliyə uyğun olaraq apardığı istintaq tamamlanaraq ittiham aktı hazırlanıb.
İddianamədə keçmiş CHP sədri Kamal Kılıçdaroğlu zərərçəkmiş, keçmiş Hatay Böyükşəhər Bələdiyyə Başçısı Lütfü Savaş isə şikayətçi kimi göstərilib.
Mənbə: TRT Haber
Zəhra Möhübbətova