Ərdoğan İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını tarixi addım adlandırıb

Bölmə: Dünya › ,
Tarix: 14:57 05.06.2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında iyunun 2-də İstanbulda keçirilən danışıqları Ukrayna nizamlanması üçün tarixi addım adlandırıb.

 

“İnformator.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibəti ilə xalqa videomüraciətində bildirib.

 

"Türkiyə olaraq biz ədalətli sülhü təmin etməklə, Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün əlimizdən gələni edirik. İyunun 2-də İstanbulda keçirilən görüş dördüncü ildir ki, bizdən şimalda davam edən qanlı müharibənin sona çatması istiqamətində tarixi bir addım oldu", - deyə Türkiyə prezidenti qeyd edib.