Almanların əksəriyyəti İsrailə silah tədarükünün dayandırılmasını istəyir

Tarix: 19:26 03.06.2025
Almaniyada əhalinin əksəriyyəti İsrailə silah göndərilməsinin dayandırılmasını dəstəkləyir.
INSA tədqiqat şirkətinin keçirdiyi sorğuya əsasən, iştirakçıların 58 faizi İsrailə silah tədarükünün müvəqqəti olaraq dayandırılmasının tərəfdarıdır. Respondentlərin 22 faizi buna qarşı çıxıb, 19 faizi isə mövqe bildirmək istəməyib.
Qəzzadakı hücumlara görə Almaniyanın İsrailə silah göndərməsi ölkədə ictimai müzakirələrə səbəb olub. Almaniyanın Xarici İşlər naziri Yohann Vadeful 27 may tarixində silah tədarükünün yenidən nəzərdən keçiriləcəyini açıqlayıb. Həmin gün Baş nazir Fridrix Mers də bu məsələnin hökumət daxilində müzakirə olunduğunu və nəticələrin ictimaiyyətə açıqlanmaya biləcəyini bildirib.
Alman hökuməti, Sol Partiyanın sorğusuna cavab olaraq, 7 oktyabr 2023 – 13 may 2025 tarixləri arasında İsrailə ümumi dəyəri 485 milyon avro olan silah ixracına ayrı-ayrı icazələr verildiyini açıqlayıb.
TRT Xəbər
Xəlilli Nigar