Türkiyədə daha bir güclü zəlzələ baş verib

Tarix: 10:59 05.06.2025
Türkiyənin Antalya vilayətinin Qazipaşa rayonunun Aralıq dənizi sahillərində 4 bal gücündə zəlzələ olub.
"İnformator.az" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yerli vaxtla 07:32-də (Bakı vaxtı ilə 08:32) baş verən zəlzələ yerin 67,26 km dərinliyində meydana gəlib.
Tələfat və dağıntı qeydə alınmayıb.
Türkiyənin Çanaqqala vilayətinin Göyçəada rayonundan 61,27 kilometr məsafədə Egey dənizində 4,6 bal gücündə zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Yerli vaxtla 08:18-də (Bakı vaxtı ilə 09:18) baş verən zəlzələ yerin 12,61 km dərinliyində meydana gəlib.
Tələfat və dağıntı qeydə alınmayıb.