Finalda İspaniya Portuqaliyaya rəqib olub

Bölmə: İdman › ,
Tarix: 17:58 06.06.2025

İspaniya Millətlər Liqasının 90 dəqiqə ərzində qolla dolu olduğu Fransanı məğlub edərək finala yüksəlib.

 

UEFA Millətlər Liqasının yarımfinalında İspaniya və Fransa milliləri üz-üzə gəlib.

Tarixi görüşdə rəqibini 5-4 hesabı ilə məğlub edən İspaniya finala yüksəlib.

 

Finalda Portuqaliyanın rəqibi olan ispanların qollarını Niko Uilyams, Mikel Merino, Lamine Yamal (2) və Pedri vurub.

 

Almaniya ilə üçüncü yer uğrunda oynayacaq fransızların heyətində Kilian Mbappe (p), Rayan Çerki, Daniel Vivian (kk) və Kolo Muani fərqlənib.

 

 

CNN Türk

Əminə Əliyeva