Fenerbahçe Bekoda Sertaç Şanlı şoku

Tarix: 15:54 06.06.2025
Fenerbahçe Beko kişi basketbol komandasında çıxış edən Sertaç Şanlı zədələnib. Klubdan verilən açıqlamada, təcrübəli basketbolçunun “hamstring” (budun arxa əzələsi) nahiyəsində birinci dərəcəli əzələ zədəsi aşkarlandığı bildirilib.
Fenerbahçe-nin rəsmi məlumatına görə, Sertaç Şanlı 5 iyun Cümə axşamı günü Bahçeşehir Kolleci ilə keçirilən oyunda zədə alıb. Oyundan sonra Acıbadem Ataşehir Xəstəxanasında aparılan müayinələr nəticəsində onun birinci dərəcəli əzələ zədəsi aldığı müəyyən olunub və dərhal müalicəsinə başlanılıb.
Klub, Sertaç Şanlıya tezliklə sağalaraq komandaya qayıtması üçün ən xoş arzularını bildirib.
TRT SPOR
Gülhüseynova Güllər