Azərbaycanın 3x3 basketbol millisi yarımfinal oyununa çıxacaq

Bölmə: İdman › ,
Tarix: 10:56 08.06.2025

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxacaq.

 

"İnformator.az" “Report”a istinadən xəbər verir ki, komanda Bakı vaxtı ilə saat 20:40-da Malta ilə qarşılaşacaq.

 

Matç Kosovonun paytaxtı Priştinada baş tutacaq.

 

Azərbaycan millisi ötən gün qrup oyununda Kosovo yığmasına 22:10 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

 

Qeyd edək ki, Avropa Kubokunun təsnifat mərhələsinin qalibi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək əsas mərhələyə vəsiqə qazanacaq.