Peskov: Yeni strategiya donanmanın müasirləşməsini hədəfləyir
.jpg)
Tarix: 15:21 09.06.2025
Rusiya Prezidenti Vladimir Putinin təsdiqlədiyi Hərbi Dəniz Qüvvələrinin inkişaf strategiyası donanmanın müasir reallıqlara uyğunlaşdırılmasını nəzərdə tutur.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.
"Strategiyanın məqsədi donanmanı elə inkişaf etdirməkdir ki, bu proses müasir reallıqlara cavab versin. Texnologiyalar dəyişir, döyüş əməliyyatlarının xarakteri transformasiya olunur. Donanma da bu dəyişikliklərlə ayaqlaşmalıdır. Vaxt intervalı uzundur, çünki yeni gəmilərin inşası uzunmüddətli və əmək tələb edən prosesdir. Bu, strateji baxımdan uzunmüddətli bir plandır", – deyə Peskov jurnalistlərə açıqlamasında qeyd edib.
Mənbə :Caliber
Aytən Ağazadə