İsrail, Tehrana qarşı yeni hücum dalğası başladığını açıqlayıb

Bölmə: Dünya › ,
Tarix: 13:58 18.06.2025

İsrail ordusu, İranın paytaxtı Tehrana qarşı yeni bir hücum dalğası başladığını elan edib.


Ordudan verilən qısa yazılı açıqlamada, “İsrail Hərbi Hava Qüvvələri hazırda Tehran bölgəsində bir sıra hücumlar həyata keçirir” ifadəsi yer alıb.


Bu açıqlamadan qısa müddət əvvəl İsrail ordusu hücum təhdidi ilə çıxış edərək, Tehranda geniş bir ərazinin boşaldılmasını tələb edib.


Bununla yanaşı, gün ərzində İsrail ordusu başda paytaxt Tehran olmaqla, İranın müxtəlif bölgələrinə hücumlarını davam etdirib.


TRT HABER
Solmaz Muradova