"Ölkəmdə çıxış edəcəyim üçün xoşbəxtəm"-Rafael Fiziyev

Bölmə: İdman › ,
Tarix: 14:07 18.06.2025

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı fikirlərini bölüşüb. 

"İnformator.az"ın məlumatına görə, təcrübəli idmançı bu barədə mətbuat konfransında açıqlama verib. 

 

O,döyüşə hazır olduğunu bildirib: "Evdə mübarizə aparacağım üçün xoşbəxtəm. Öz ölkəmdə çıxış edəcəyəm".


Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə üz-üzə gələcək.