İsrailin Arrow raket ehtiyatı tükənmək üzrədir

Tarix: 14:19 18.06.2025
ABŞ-də yerləşən Wall Street Journal (WSJ) İsrailin Arrow hava hücumundan müdafiə sistemi raket ehtiyatının tükənmə həddinə çatdığını açıqlayıb. "Report" ABŞ rəsmisinə istinadən xəbər verir ki, Pentaqonun vəziyyəti diqqətlə izlədiyi bildirilib.
Məsələdən xəbəri olan ABŞ rəsmisinə əsaslanan WSJ hesabatına görə, İsrailin Arrow ballistik raketdən müdafiə sistemində istifadə etdiyi raketlər tükənmək üzrədir.
Rəsmi ABŞ-nin bu vəziyyətdən xəbərdar olduğunu və İsrailin qurudan, dənizdən və havadan hücumlara qarşı müdafiəsini gücləndirmək üçün addımlar atdığını bildirib.
Rəsmi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İsrailin İrana hücumları başladığı gündən bu ölkəyə müdafiə sistemləri göndərdiyini və ABŞ inventarında olan ələ keçirən raketlərin də tükənmə riski altında olduğunu bildirib.
CNN Türk
Əminə Əliyeva