"Müharibəyə son qoymağın tək yolu düşmənin hücumlarını qeyd-şərtsiz dayandırmasıdır"

Bölmə: Dünya › ,
Tarix: 15:47 20.06.2025

İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, müharibəyə son qoymağın yeganə yolu İsrailin hücumlarını qeyd-şərtsiz dayandırmasıdır.

 

Pezeşkian X sosial media hesabında mövzu ilə bağlı paylaşım edib.

 

İran prezidenti deyib: "Biz həmişə sülh və əmin-amanlığın tərəfdarı olmuşuq. Bununla belə, hazırda tətbiq edilən müharibəni dayandırmağın yeganə yolu düşmənin öz hücumlarını qeyd-şərtsiz dayandırması və sionist terrorçuların avantürizminə həmişəlik son qoyması üçün qəti zəmanətdir. Əks halda, düşmənə cavablarımız daha sərt və təəssüf doğuracaq". 

 

İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə

 

İsrail iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə ordunun yüksək komandanlığını, eləcə də hərbçiləri hədəfə alaraq irimiqyaslı hücumlar həyata keçirib.

 

İranda baş verən hücumlarda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub.

 

İranın Səhiyyə Nazirliyi iyunun 15-də İsrailin hücumları nəticəsində mülki vətəndaşların ümumi sayının 224, yaralıların sayının isə 1277-dən çox olduğunu açıqlayıb.

 

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 25 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

 

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli