Britaniya İrandakı diplomatik missiyasının əməkdaşlarını təxliyə edib

Bölmə: Dünya › ,
Tarix: 19:26 20.06.2025

Böyük Britaniya İran-İsrail münaqişəsinin kəskinləşməsi ilə əlaqədar Tehranda yerləşən səfirliyinin əməkdaşlarını təxliyə edib.

 

"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat yayılıb.

 

"Britaniya heyəti müvəqqəti olaraq İrandan çıxarılıb. Səfirliyimiz məsafədən işləməyə davam edir", - məlumatda bildirilib.


Qeyd edək ki, Britaniyanın xarici işlər naziri Devid Lemmi isə “X” sosial şəbəkəsindəki hesabında hava məkanı yenidən açıldıqdan sonra öz vətəndaşları üçün Təl-Əvivdən çarter reysləri təmin edəcəyini bildirib.