İran İsrailin cənubuna raket zərbəsi endirib

Tarix: 19:09 20.06.2025
İrandan atılan raket İsrailin cənubundakı Birussebi şəhərinə düşüb. Hadisə zamanı Təl-Əvivdə hava hücumu siqnalları eşidilib, əhali sığınacaqlara üz tutub.
İsrail ordusu hücum xəbərinin alındığı ərazilərdə bölmələrinin fəaliyyət göstərdiyini bildirib. Polis isə raketin düşdüyü ərazidə təhlükəsizlik qüvvələri və bomba zərərsizləşdirmə mütəxəssislərinin işə cəlb olunduğunu açıqlayıb.
Sosial mediada yayılan görüntülərdə bir neçə avtomobilin və binaların zədələndiyi görünür. “Yediot Ahranot”a görə, raket yaşayış massivindəki dayanacağa düşüb, yerdə dəlik yaradıb və bir neçə avtomobil yanıb.
“Haaretz” qəzeti yazır ki, hava hücumundan müdafiə sistemləri raketi ələ keçirə bilməyib. Məsələ araşdırılır.
İlkin məlumatlara görə, 6 nəfər yüngül xəsarət alıb. Partlayış və qara tüstü görüntüləri sosial şəbəkələrdə yayılıb.
TRT haber
Mahmudlu Ləman